Avropa Parlamenti Gürcüstan hakimiyyətini Saakaşvilini dərhal azad etməyə çağırdı

Avropa Parlamenti (AP) Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azadlığa buraxılmasını tələb edib.

 

“Teleqraf” xəbər verir ki, bu barədə AP-nin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə bildirilib.

 

AP “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixeil Saakaşvili və digər siyasi məhbuslarla məhdudiyyətsiz görüşünü təmin etməyə çağırıb.

 

Qətnamədə Gürcüstanda müxalifətə qarşı təqib, siyasi həbslər və saxlamalar, təhdidlər və fiziki hücumlar pislənilib.

 

“Avropa Parlamenti keçmiş prezident Mixeil Saakaşvilinin xaricdə lazımi tibbi müalicə ala bilməsi üçün humanitar əsaslarla dərhal azad edilməsi tələbini qətiyyətlə təkrarlayır. Bundan əlavə, “Gürcü Arzusu” hökumətini Avropa Parlamenti üzvlərinin Mixeil Saakaşvili və digər siyasi məhbuslarla görüşünə məhdudiyyətsiz çıxışını təmin etməyə çağırır”, - AP əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.