
Ermənistan hakimiyyəti daxilində prezident vəzifəsi uğrunda gizli mübarizə gedir.
Bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazıb ki, hazırkı Prezident Vaaqn Xaçaturyanın səhhətində ciddi problemlər olduğu, səlahiyyət müddətinin sonuna qədər vəzifədə qala bilməyəcəyi barədə məlumatlar yayılıb: “Bu da hakimiyyət daxilində bəziləri üçün arzulanan, ancaq hələ də boşaldılmamış vəzifəni tutmaq ambisiyalarının yaranmasına səbəb olub. Bu, heç nə etməyi, yaxşı maaş almağı və il boyu səyahət etməyi sevənlər üçün əla mövqedir. Vaaqn Xaçaturyan 2022-ci ildə yeddi illik müddətə prezident seçilib.
Məlumata görə, Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyan, parlamentin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan onun yerinə iddialıdır. Ötən dəfə Araik Arutyunyanın namizədliyi göstərilsə də, komanda qəti şəkildə ona qarşı çıxmışdı”.