Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilir

İsrail vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun siyasətdən getməsinin və növbəti parlament seçkilərində iştirak etməməsinin vaxtının çatdığını düşünür.

 

"The Times of Israel" qəzeti xəbər verir ki, bunu "Channel 12" telekanalının sorğusunun nəticələri təsdiqləyib.

 

Araşdırmaya əsasən, respondentlərin 59 %-i hesab edir ki, Netanyahu seçkilərdə yenidən namizədliyini irəli sürməməlidir. Sorğuda iştirak edənlərin 33 %-i əks fikirdədir, daha 8 %-i isə cavab verməkdə çətinlik çəkib.

 

Sorğu zamanı iştirakçılardan hakim "Likud" partiyasının rəhbəri vəzifəsində Netanyahunu kimin əvəz etməli olduğunu göstərmələri istənilib.

 

Ən böyük dəstəyi İsrailin iqtisadiyyat naziri Nir Barkat alıb, onun partiyanın gələcək lideri qismində namizədliyini sorğuda iştirak edənlərin 18 %-i dəstəkləyib.

 

Daha sonra ədliyyə naziri Yariv Levin (9 %), müdafiə naziri İsrael Kats (7 %) və Knesset spikeri Əmir Ohana (6 %) gəlir.

 

Telekanal sorğu iştirakçılarının sayı haqqında məlumat verməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.