Makron İsraildən narazıdır
SƏBƏB?

Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərində və Livanda həyata keçirdiyi hərbi əməliyyatları qəbuledilməz adlandırıb və bu siyasətin İsrailin milli maraqlarına uyğun olmadığını bildirib.

 

E.Makron bu fikirləri France 2 televiziyasına verdiyi müsahibədə səsləndirib.

 

Prezident xüsusilə Qəzza zolağı, İordan çayının Qərb sahili və Livanda aparılan əməliyyatların uzunmüddətli perspektivdə İsrailin öz maraqlarına zidd olduğunu vurğulayıb: "Bu siyasət regiondakı bütün xalqlar arasında narazılıq yaradır. İsrail yalnız terrorçularla mübarizə aparmır, eyni zamanda mülki əhaliyə qarşı ədalətsiz hücumlar həyata keçirir. İsrailin təhlükəsizliyi qonşu ərazilərin işğalı hesabına təmin edilə bilməz. İsrail rəhbərliyini hərbi əməliyyatlarda daha ehtiyatlı və rasional davranmağa çağırırıq".

 

Makron həmçinin ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahuya münasibətinin son günlərdə dəyişdiyini qeyd edərək, bunun sülh prosesinə təsir göstərə biləcəyini bildirib.

 

Modern.az xatırladır ki, İsrail hökumətinin başçısı daha əvvəl ölkəsinin təhlükəsizliyi təmin olunmadan Cənubi Livandan qoşunların çıxarılmasının nəzərdə tutulmadığını bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.