ABŞ və İran arasında bu günə planlaşdırılan danışıqlar ləğv edilib

İyunun 19-na İsveçrənin Bürqenştok dağ kurortunda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.

 

Bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən məlumat yayıb.

 

Bəyanat, gecə Ağ Ev nümayəndəsinin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iranlı müzakirəçilərlə görüşmək üçün bu günə planlaşdırılan İsveçrə səfərini ləğv etdiyini bildirməsindən sonra verilib. Görüşün məqsədi Tehran və Vaşinqton arasında müharibənin dayandırılması barədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üzrə danışıqlara başlamaq idi.

 

İsveçrə Xarici İşlər Nazirliyi danışıqların yeni tarixinin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi barədə də məlumat verməyib.

 

Qeyd edək ki, görüşün ABŞ və İran arasında son dövrlərdə aparılan diplomatik təmasların davamı olaraq keçirilməsi planlaşdırılırdı.

 

Bu arada "Axios" bildirib ki, Vaşinqtonun Vensin İsveçrəyə səfərini təxirə salmasının səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.