
İsrail öz ərazisini təmin edənə qədər qoşunlarını Cənubi Livandan çıxarmaq niyyətində deyil.
“Teleqraf” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Biz şimal bölgələrində təhlükəsizlik və rifahı bərpa edəcəyik. Bunu etmək üçün Cənubi Livandakı təhlükəsizlik zonasını qoruyub saxlamalı və İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətdə oradan geri çəkilməməliyik", - deyə o vurğulayıb.