Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib
FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinqapurun Baş naziri Lourens Vonqu qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

 

Görüş zamanı Türkiyə-Sinqapur ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.

 

Ərdoğan Türkiyə ilə Sinqapur arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq müdafiə sənayesi, logistika, aviasiya, dənizçilik və maliyyə sahələri başda olmaqla bir çox istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

 

Türkiyə lideri həmçinin qeyd edib ki, Ankara İran və ABŞ arasında davamlı sülhün təmin olunması məqsədilə intensiv diplomatik fəaliyyət həyata keçirir. O, Hörmüz boğazında gəmiçilik və naviqasiya azadlığının qorunmasının əhəmiyyətini vurğulayaraq, Türkiyənin qardaş ölkələrlə birlikdə prosesə töhfə verməyə davam edəcəyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.