Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh və sabitliyi də müzakirə edib
VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) bu gün Ankarada keçirilən iclasında digər məsələlərlə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş son proseslər də müzakirə edilib.

 

Senzor.az bildirir ki, MTŞ iclasının yekunlarına dair Türkiyə Prezident Administrasiyası  Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılan bəyanatında belə deyilir.

 

İki saat davam edən müzakirələr zamanı iştirakçılar regionda terror təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işləri də qiymətləndiriblər.

 

“Ölkənin və qonşu dövlətlərin terrorizmin ağır yükündən, o cümlədən Türkiyə üçün təhlükə yaradan PKK, İŞİD və FETÖ terror təşkilatlarından azad edilməsi istiqamətində qəti iradə bir daha təsdiqlənib”, – deyə MTŞ-nin bəyanatında vurğulanıb.

 

Şərqi Aralıq dənizindəki vəziyyət kontekstində Türkiyənin Kipr üzrə qarant ölkə kimi kiprli türklərin təhlükəsizliyinin və rifahının təmin olunmasına yönəlmiş siyasətə sadiqliyi bir daha ifadə edilib. İclas iştirakçıları Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və mənafelərinə xələl gətirə biləcək cəhdlərin, eləcə də Şərqi Aralıq dənizində mövcud sülh mühitini pozmağa yönələn addımların qarşısının alınmasının vacibliyi barədə ortaq mövqe sərgiləyiblər.

 

İran ətrafındakı vəziyyət də müzakirələrin əsas mövzularından biri olub.

 

Tehran və Vaşinqton arasında əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub, dialoq prosesini pozmağa yönələn cəhdlərə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsinin vacibliyi vurğulanıb.

 

Bəyanatda Ankaranın regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərə fəal töhfə verməyə hazır olduğu qeyd edilib.

 

Ukraynadakı vəziyyətə toxunan Türkiyə Milli Təhlükəsizlik Şurası münaqişənin daha da kəskinləşməsinin və qonşu regionlara, xüsusilə də Qara dəniz hövzəsinə yayılmasının qarşısının alınması üçün bütün tərəfləri ədalətli və dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.