
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.
Senzor.az bildirir ki, D qrupunda ABŞ Avstraliya ilə qarşılaşıb.
Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces avtoqol müəllifi olub. 44-cü dəqiqədə isə Aleks Frimen ikinci qolu vurub.
Bununla da iki oyundan sonra maksimum nəticə göstərən amerikalılar mundialın pley-offuna vəsiqə qazanıblar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.