Amerikalıların yarıdan çoxu Trampın İranla bağlı addımlarını bəyənmir - SORĞU

ABŞ vətəndaşlarının təqribən 65 %-i ölkə Prezidenti Donald Trampın İranla müharibənin gedişatındakı addımlarını bəyənmir.

 

"Al-Jazeera" xəbər verir ki, bunu "Associated Press-NORC" İctimai İşlər üzrə Tədqiqatlar Mərkəzi tərəfindən keçirilmiş yeni sorğunun nəticələri təsdiqləyib.

 

Qeyd edilib ki, nəticələr may ayında keçirilmiş bənzər sorğu ilə müqayisədə demək olar, dəyişməyib.

 

Araşdırmaya əsasən, Prezidentin siyasətinin qiymətləndirilməsində partiyalararası nəzərəçarpan ziddiyyətlər hələ də qalmaqdadır. Belə ki, Demokratlar partiyası tərəfdarlarının 92 %-i Trampın addımlarını bəyənmir, respublikaçılar arasında isə bu göstərici cəmi 28 % təşkil edir.

 

Bundan əlavə, respondentlərin 53 %-i hesab edir ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları "həddindən artıq irəli gedib". Daha 25 % addımların hazırkı səviyyəsini "haqlı" adlandırıb, 18 % isə hesab edir ki, Vaşinqton bu çərçivədə kifayət qədər sərt addım atmır.

 

Sorğu D.Trampın İranla razılaşma əldə olunduğunu elan etməsindən sonra, lakin müvafiq memorandumun rəsmi şəkildə imzalanmasından əvvəl keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.