
Rusiya Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında növbəti görüş keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O, görüşün tarixi və yeri barədə bir söz deməsə də, görüşdə Putin və Lukaşenkonun digər aktual məsələlərlə yanaşı Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa qarşı ultimatum-mesajını müzakirə edəcəklərini vurğulayıb.
Xatırladaq ki, V.Zelenski bir neçə gün əvvəlki mesajında demişdi: "Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək".