Netanyahu Livan sazişini “İran üçün zərbə” adlandırdı

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Livanla bağlı çərçivə sazişini "İran üçün zərbə" adlandırıb.

 

Bu barədə "Ynet" məlumat yayıb.

 

Məlumata görə, Netanyahu Tehranın tələblərinin əksinə olaraq, təhlükəsizlik mülahizələri ilə bağlı İsrail qoşunlarının hələlik Cənubi Livandan çıxarılmayacağını bildirib.

 

Baş nazir uzun sürən danışıqların müsbət nəticələndiyini diqqətə çatdırıb.

 

"Ən vacibi odur ki, İsrail Livanın cənubundakı təhlükəsizlik zonasında qalır. Bu, böyük nailiyyətdir və biz bunu "Hizbullah" tərksilah olana və İsrail Dövləti üçün təhlükə mövcud olana qədər qoruyub saxlayacağıq", - deyə Netanyahu bildirib.

 

"Bu həm də İran üçün ciddi zərbədir. Əslində, İsrail, Livan və Birləşmiş Ştatlar onlara deyirlər ki, bu, sizin işiniz deyil.

 

Biz Cənubi Livanda ilkin təhlükəsizlik zonasını daim tank əleyhinə raketlərin əli çatmayan məsafədə saxlayırıq. Bundan əlavə, biz, təbii ki, Livan ordusuna əraziyə nəzarəti ələ almağa hazırlaşmağa başlamağa imkan veririk. Biz Cənubi Livanda iki pilot zona yaradırıq, hər ikisi İsrail Müdafiə Ordusunun tövsiyəsi ilə", -deyə Baş nazir qeyd edib.

 

Xatırladaq ki, iyunun 26-da ABŞ-ın dövlət katibi Marko Rubio, eləcə də İsrail və Livanın Vaşinqtondakı diplomatik nümayəndələri Yexiel Leyterlə Nada Həmmade-Muavvad beş mərhələdən ibarət danışıqların yekunu olaraq çərçivə sənədini təqdim ediblər. Rəsmilərin fikrincə, imzalanmış bu sənəd İsrail dövləti ilə İranın dəstəklədiyi "Hizbullah" təşkilatı arasındakı münaqişədən sonra regionda sülhün bərqərar olmasına zəmin yaradacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.