Tramp Ankaradan qayıdarkən NİYƏ KÖHNƏ TƏYYARƏSİNDƏN İSTİFADƏ ETDİ?

ABŞ Prezidenti Donald Trampın yeni təyyarəsi, ehtimal ki, raket təhlükələrindən müdafiə sistemi ilə təchiz olunmayıb, bu səbəbdən Ankaradan uçarkən o, köhnə təyyarədən istifadə edib.

 

"The New York Times" (NYT) qəzetinin mənbələrinə istinadən yaydığı məlumatda belə deyilir.

 

Bildirilib ki, Tramp NATO sammitinin keçirildiyi Ankaradan köhnə prezident təyyarəsi ilə yola düşüb. Böyük Britaniyadakı bazada isə o, Qətər tərəfindən ona hədiyyə edilmiş yeni "Boeing 747-8" prezident təyyarəsinə keçib. Nəşrin mənbələri iddia ediblər ki, yeni hava gəmisi hələ köhnə təyyarə səviyyəsində təchiz olunmayıb. Qəzetin qeyd etdiyinə görə, köhnə layner zenit və aviasiya raketlərinin zərbələrindən qorunma sistemi ilə təmin edilmiş ola bilərdi. Qətərin hədiyyə etdiyi təyyarədə isə, ümumiyyətlə, belə bir avadanlığın olub-olmadığı bəlli deyil. Pentaqonun rəsmi nümayəndələrinin sözlərinə görə, yeni təyyarənin müvafiq sistemlə təchiz edilməsi bir milyard dollara başa gələ bilər və bunun üçün iki ilə qədər vaxt tələb olunur.

 

Ankarada baş tutan NATO sammitinin yekunlarına dair mətbuat konfransında Tramp bildirib ki, Türkiyədən yeni prezident təyyarəsi ilə qayıtmayacaq, çünki onu Avropada nümayiş etdirmək niyyətindədir.

 

Qeyd edək ki, Donald Tramp yeni prezident təyyarəsini iyun ayının ortasında təqdim edib. Ötən il Qətərin kral ailəsi tərəfindən ona bağışlanan hava gəmisi 30 ildən çox müddətdə istifadə edilən "Boeing 747-2" laynerini əvəz edib. "The Washington Post" qəzetinin hesablamalarına görə, dəyəri təxminən 400 milyon dollar olan təyyarənin ölkənin birinci şəxsini daşıyan laynerlərə qoyulan bütün tələblərə uyğunlaşdırılması üçün əlavə olaraq təqribən 1.5 milyard dollar vəsait tələb olunurdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.