
ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdikləri mətbuat konfransının nəticələrindən razı qaldığını bildirib.
Senzor.az bildirir ki, D. Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada görüşün çox uğurlu keçdiyini yazıb.
"Prezident Zelenski ilə mətbuat konfransı keçirdik. Hər şey çox yaxşı getdi. Hər kəs bir həll yolu axtarır. Çox müsbət bir görüş oldu", - deyə D.Tramp vurğulayıb.
ABŞ lideri onu da bildirib ki, Ukraynaya “Patriot” raket sistemlərinin istehsalı üçün lisenziya verəcəklər.
Tramp, həmçinin çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib. Onun fikrincə, Rusiya Prezidentinin Ukraynadakı müharibəyə son qoymaq üçün irəli sürdüyü şərtlər dəyişir: “Mən Prezident Putinlə tez-tez danışıram və o, müharibəyə son qoymaq istəyir”.