Ankarada Silahlı Qüvvələrin Birgə Komandanlığı kompleksi... – “TÜRKİYƏ PENTAQONU”nda İŞLƏR NECƏ GEDİR?
VİDEO

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının “Ay Yıldız” kompleksi layihəsinin icrası davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, birləşmiş qərargah Milli Müdafiə Nazirliyini, Baş Qərargahı və qoşun növləri komandanlığını vahid dam altında birləşdirəcək.

 

“Ay Yıldız” kompleksi sahəsinə görə (12 milyon kvadratmetr, 1680 futbol meydançası ilə müqayisə edilə bilər – red.) Pentaqondan üç dəfə və NATO mənzil-qərargahından dörd dəfə böyük olacaq.

 

Kompleksin 2028-ci ildə tam istifadəyə verilməsi planlaşdırılır. Tikinti işlərinin yarıdan çoxu tamamlanıb.

 

Kompleksdə, həmçinin 3 200 nəfərlik 5 konfrans zalı yerləşəcək. Kompleksin yaşıl sahəsi 2 milyon kvadratmetr təşkil edəcək ki, bu da Londonun Hayd Parkının ölçüsündən 1, 5 dəfə böyükdür.

 

Kompleksdə keçirilən ilk rəsmi tədbir Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin adından NATO-nun Dövlət və Hökumət Başçılarının 36-cı Sammitinin proqramı çərçivəsində təşkil etdiyi qəbul olub.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.