
"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Senzor.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda İslandiyanın “Vestri” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.
***
***
Matçı moldovalı baş hakim Roman Jitari idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
**11:34

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün avrokubokların 2026/2027-ci illər mövsümündə mübarizəyə start verəcək.
Senzor.az bildirir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Görüşü moldovalı baş hakim Roman Jitari idarə edəcək.