Əli Xamenei dəfn edildi
YENİLƏNİB, VİDEO/FOTO


İranın keçmiş Ali lideri Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatıb.

 

TASS xəbər verir ki, onun cənazəsi İmam Rza məqbərəsində - iki il əvvəl helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn olunduğu yerdə torpağa tapşırılıb.

 

Xamenei ilə vidalaşmaq istəyənlərin çoxluğu səbəbindən matəm yürüşünün təşkilatçıları məqbərəyə gedən marşrutu dəyişmək məcburiyyətində qalıblar. Liderin cənazəsini daşıyan dəfn karvanı məqbərəyə qədər hərəkət edə bilmədiyi üçün helikopterdən istifadə edilib.

Türbə ərazisində yüzminlərlə zəvvarın iştirakı ilə Xamenei və onunla birgə həlak olan ailə üzvləri üçün namaz qılınıb. Daha sonra jurnalistlərin buraxılmadığı rəsmi dəfn mərasimi keçirilib.

 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı.


**12:55 (09.07.2026)



İranın keçmiş Ali lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi İranın Məşhəd şəhərinə aparılıb.

 

Bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

 

Məşhəd şəhərində keçiriləcək dəfn mərasiminin yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 14:30-da) başlaması planlaşdırılır.

 

Bildirilir ki, Tehran, Qum, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində Ayətullah Xamenei üçün keçirilən vida mərasimləri ABŞ və İsrailə qarşı nümayiş xarakteri daşıyıb.

 

Məlumata əsasən, Ayətullah Seyid Əli Xamenei bu gün Məşhəd şəhərində  - İmam Rza ziyarətgahında torpağa tapşırılacaq.

 

Ayətullah Seyid Əli Xamenei bu il fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.