Belçikanın Baş naziri Ərdoğanın hədiyyə etdiyi silahı AEROPORTDA POLİSƏ TƏHVİL VERDİ
FOTO

Belçikanın Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona tapança hədiyyə etdiyini bilmədən özü ilə ölkəsinə aparıb.

 

Bu barədə yerli “Nieuwsblad” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, hökumət başçısı aldığı hədiyyə paketini nümayəndə heyətinin üzvlərinə ötürüb. O, hədiyyənin silah olduğunu yalnız Belçikaya qayıtdıqdan sonra aeroportda mətbuatdan öyrəndiyini bildirib.

 

De Vever hədiyyəni açdıqdan sonra silahı hava limanının polisinə təhvil verib. Hazırda o, aeroportun seyfində saxlanılır.

 

Hədiyyənin gələcək taleyinin necə olacağı məlum deyil.

 

“Qafqazinfo” xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Tofak” markalı fərdi tapançalar və döyüş patronları hədiyyə edib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.