
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Senzor.az bildirir ki, ABŞ-ın Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər.
Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.
Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti raundda İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
**13:24(09.07.2026)

Bu gecə futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Senzor.az bildirir ki, ABŞ-ın Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gələcəklər.
Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüşün baş hakimi argentinalı Fakundo Telyo olacaq.
Bu mərhələnin digər qarşılaşmalarında İspaniya Belçikanı, İngiltərə Norveçi, Argentina isə İsveçrəni sınağa çəkəcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.