Bakıda kişi keçmiş arvadını
KÜÇƏDƏ GÜLLƏLƏYİB ÖLDÜRDÜ

Paytaxtda silahlı insident baş verib.

 

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.

 

Belə ki, 43 yaşlı Zaur Qəhrəmanov tüfənglə keçmiş arvadı - 44 yaşlı Amalya Qəhrəmanovanı güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

**

TƏBİB-dən hadisə ilə bağlı KİV-in sorğusuna cavab olaraq bildirilib ki, 09.07.2026-cı il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka ərazisindən çağırış qeydə alınıb.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

 

Məlumatda o da bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.