Tramp yeni sui-qəsd cəhdinə hədəf olacağını düşünür: "İRANIN SİYAHISINDA BİRİNCİ YERDƏYƏM"

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında yeni sui-qəsd cəhdinin hədəfi ola biləcəyini bildirib.

 

"RIA Novosti" bildirir ki, ABŞ lideri İranla bağlı sərt açıqlamalar verib: "İranın məhv edilməli şəxslər siyahısında birinci yerdəyəm", - deyə o, konfrans zamanı vurğulayıb.

 

Xatırladaq ki, Donald Tramp bundan əvvəl də sui-qəsd cəhdləri ilə üzləşib. 2024-cü ildə Pensilvaniyada prezidentliyə namizəd olduğu dövrdə ona qarşı silahlı hücum edilmişdi. Hadisə nəticəsində Trampın qulağı yaralanmış, mitinq iştirakçılarından biri həlak olmuş, daha iki nəfər isə ağır yaralanmışdı. Hücum edən şəxs ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən zərərsizləşdirilmişdi.

 

İyulun 8-də Tramp Vaşinqton və Tehran arasında qüvvədə olan atəşkəsin başa çatdığını bəyan edib. ABŞ-ın zərbələri bərpa etməsindən sonra o, İran rəhbərliyi barədə son dövrlərin ən sərt çıxışlarından birini edib. Tramp İran hakimiyyətini "cəmiyyətin tör-töküntüsü" adlandırıb və İran İslam Respublikasını Yaxın Şərqdə sabitlik naminə aradan qaldırılmalı olan "xərçəng şişi" ilə müqayisə edib. ABŞ Prezidenti, həmçinin artıq danışıqların mənasız olduğunu bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.