
İyulun 8-də Ankaradakı Beştəpə Prezident Kompleksində NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammitində iştirak edən 32 ölkənin liderlərinin xatirə şəkli çəkdirmə mərasimi keçirilib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Mark Rutte sammit iştirakçıları ilə əl sıxışıblar. 
Sonra NATO liderləri ailə fotosu çəkdiriblər.
Daha sonra Alyansın dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclas başlayıb.
İştirakçılar digər məsələlərlə yanaşı, Ukraynaya silah təchizatının və maliyyələşdirmənin artırılmasını, üzv ölkələrin hərbi imkanlarının gücləndirilməsini müzakirə edəcəklər.


Məlumatlarda o da vurğulanıb ki, əsas qərarlar yekun Bəyannamə layihəsində yer alıb.




