
Türkiyədə müxalifətdə olan CHP-nin sədri Özgür Özəl partiyanın gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, tələsik qərarlar verməyəcəklərini və tərəfdarlarının ümidlərini puça çıxarmayacaqlarını söyləyib.
“Nə tələsib səhv edəcəyik, nə də gecikib ümidləri ümidsizliyə çevirəcəyik. Ya partiyamızı geri alacağımız bir yol tapacağıq, ya da sizi heç üzmədən yeni bir yol açacağıq”, - Özgür Özəl vurğulayıb.