
Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusunun aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
Senzor.az bildirir ki, KİV-in sorğusuna cavab olaraq TƏBİB-dən verilən açıqlamada belə deyilir.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
“Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - deyə açıqlamada vurğulanıb.