
Türkiyədə "Ahbap" dərnəyinin sədri, məşhur müğənni Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qərar İstanbul Baş Prokurorluğunun "Ahbap" dərnəyinə dair həyata keçirdiyi araşdırma çərçivəsində qəbul edilib.
Hazırda prokurorluq tərəfindən dərnəyin fəaliyyəti, eləcə də aparılan kibertəhlükəsizlik və maliyyə prosesləri ilə bağlı başladılan istintaq davam etdirilir.
Leventin Bursada nəzarətə götürüldüyü və rəsmi prosedurlar üçün İstanbula aparılacağı bildirilir.