Gürcüstanın Batumi şəhərinə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı maşın karvanı yola düşüb.
“Report” xəbər verir ki, bunu əks etdirən videokadrlar “feysbuk”da paylaşılıb.
Bu, sabiq dövlət başçısı Mixail Saakaşvilinin Batumidə olması ilə əlaqələndirilir. Xüsusi təyinatlıların onu həbs edəcəyi bildirilir.
Senzor.az bildirir ki, bu arada Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkəyə yük gəmisi vasitəsilə döndüyü barədə məlumat yayılıb.
Məlumata görə, bu gün Batumi limanına iki yük gəmisi daxil olub. Onlardan birinin Rumıniyadan, digərinin isə Ukraynadan gəldiyi bildirilib.
Saakaşvilinin bu gəmilərdən hansı ilə gəldiyinə dair hələlik dəqiq məlumat yoxdur.