Ərdoğan TRT-nin ortaq yayımında jurnalistlərin suallarını cavablandırdı - "İSVEÇİN ÜZR İSTƏMƏSİ İLƏ İŞ BİTMİR, BUNU ƏMƏLDƏ GÖRMƏLİYİK"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin ortaq yayımında aktual məsələlərlə bağlı sualları cavablandırıb.

 

Senzor.az bildirir ki, Prezident Ərdoğan çıxışında Türkiyənin son dövrlərdə qazandığı güc və təcrübə ilə dünyanın ən önəmli ölkələrindən birinə çevrildiyini söyləyib.

 

Türkiyə dövlətinin başçısı, həmçinin onun bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün heç bir maneənin olmadığını deyib.

 

Prezident son vaxtlar İsveçdə müşahidə olunan islamofob meyllərə də toxunub: "İsveçlə danışıqları əvvəlcə terrorizmlə mübarizədə əməkdaşlıq üçün fürsət kimi gördük. Bizə 120 terrorçu verin dedik, amma İsveç dedi ki, bu mövzuda konstitusiya dəyişikliyi edəcək. Hətta baş nazir buraya gəldi. Çox gözəl söhbətlər oldu. Bununla belə, anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi".

 

Türkiyə lideri İsveçdə Quran kitabının yandırılması faktını da xatırladıb: "İsveçin Qurana qarşı edilən hücuma susması və laqeyd yanaşması, hətta təhlükəsizlik qüvvələrinin onları himayə altına alması necə izah oluna bilər? Biz bunu ən sərt şəkildə qınadıq. Bu, nifrət cinayətidir. Müsəlmanlara qarşı bu cinayətləri törətmək yolverilməzdir. Biz bütün dinlərə hörmətlə yanaşılmasını gözləyirik. Yəni İsveçin üzr istəməsi ilə iş bitmir, bunu əməldə görməliyik. Bu baxımdan da İsveçin NATO üzvlüyünün tərəfdarı deyilik".

 

Finlandiyanın NATO-ya üzvlüyünə gəldikdə isə, Ərdoğan danışıqların davam etdiriləcəyini vurğulayıb: "Finlandiyaya fərqli baxırıq. Əgər onlar prosesi idarə etsələr, biz də öz üzərimizə düşəni edəcəyik".

 

Türkiyə Prezidenti, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinə toxunub, Ukraynaya tankların göndərilməsinin münaqişənin həlli yolu olmadığını qeyd edib.

 

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyənin təhlükəsizliyinə yönələn hərəkətlərə layiqli cavabın veriləcəyini diqqətə çatdırıb və Qara dənizdən çıxarılacaq təbii qazın cari ilin ilk rübündə ölkə istehlakçılarına çatdırılacağını təsdiqləyib.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.