Rusiya XİN Aİ və NATO-nu Ukrayna üzrə danışıqlara mane olmaqda ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) və NATO rəhbərliyini ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi diplomatik səylərə mane olmaqda ittiham edir.

 

“İzvestiya” qəzetinin məlumatına görə, bunu Rusiya XİN-in Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.

 

Onun sözlərinə görə, bəzi Avropa siyasətçiləri Moskva ilə əlaqələrin bərpasının zəruriliyini anlamağa başlayıblar.

 

Bununla belə, Maslennikov iddia edib ki, Aİ və NATO rəhbərliyi, eləcə də bu təşkilatlara üzv olan bir sıra ölkələr aylardır Ukrayna münaqişəsinin nizamlanmasının qarşısını almağa çalışırlar.

 

“Onlar ABŞ-ın danışıqlar səylərinə mane olur, eyni zamanda açıq şəkildə Rusiyanın maksimalist mövqe tutduğunu və danışıqlara hazır olmadığını bildirirlər”, – deyə diplomat qeyd edib.

 

Maslennikov Avropa ölkələrinin mümkün sülh danışıqlarında hansı mövqedən çıxış etmək istədiklərini də sual altına alıb.

 

O, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamalarını xatırladaraq Avropa tərəfinin danışıqlara ultimatumlarla qatılmaq niyyətində olub-olmadığını soruşub.

 

Rusiya rəsmisinin sözlərinə görə, mövcud vəziyyət nəzərə alınmadan Avropa ölkələri ilə danışıqlar aparmaq çətin olacaq.(APA)

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.