ABŞ Baltikyanı ölkələri Rusiyaya qarşı ritorikalarını yumşaltmağa çağırdı

ABŞ Müharibə Departamenti (Pentaqon) son həftələrdə NATO-nun bir sıra ölkələrinə, ilk növbədə, Baltikyanı dövlətlərə Rusiyaya qarşı sərt bəyanatlarının Avropanın təhlükəsizliyinə zərər vurduğunu bildirib.

 

Bu barədə “Reuters” mənbələrinə istinadla məlumat yayıb.

 

ABŞ rəsmiləri Estoniya, Latviya və Litva nümayəndələri ilə ikitərəfli görüşlərdə ritorikanın yumşaldılmasının vacibliyini vurğulayıblar. “Reuters” yazıb ki, bu xəbərdarlığın digər Avropa ölkələrinin hökumətlərinə çatdırılıb-çatdırılmadığı məlum deyil. Pentaqon isə ikitərəfli görüşlərin məxfiliyini əsas gətirərək, agentliyə şərh verməkdən imtina edib.

 

“Reuters” qeyd edib ki, görüşlər zamanı ABŞ nümayəndələri sərt mövqe nümayiş etdirməyiblər. Bununla belə, agentliyə danışan avropalı rəsmilərdən biri ABŞ-ın bu istəyini “çaşqınlıq doğuran xahiş” adlandırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.