Rusiya səmasında gecə mindən çox dron vurulub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynanın 1 043 hücum dronunu ələ keçirib və məhv edib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Qeyd olunub ki, dronlar ölkənin bir neçə bölgəsi üzərində vurulub, xüsusilə Moskva vilayəti genişmiqyaslı hücuma məruz qalıb.

 

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, oktyabrın 29-u saat 20:30-dan oktyabrın 30-u saat 07:30-dək Moskva vilayətinə doğru 862 dron uçub. Onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq yerlərdə məhv edilib, daha 170 dron isə paytaxta yaxınlaşarkən zərərsizləşdirilib. Bu, son iki ildə ən kütləvi hücumlardan biri olub.

 

Bu arada, Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk bildirib ki, dronlar üç məktəb və 17 uşaq bağçasının ərazisinə çoxlu sayda partlayıcı qurğu atıb.

 

Ərazidə təcili yardım xidmətləri işləyir və partlayıcı qurğuların təmizlənməsi işləri aparılır. Qubernator sakinlərə partlayıcı qurğular təmizlənənə qədər evlərində qalmağı, hərəkətlərini məhdudlaşdırmağı və mütəxəssislərin işinə mane olmamağı tövsiyə edib.

 

Mümkün itkilər və ziyan barədə məlumatlar dəqiqləşdirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.