Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəfə mübadiləsi prosesi həyata keçirilib, Ukraynaya 150-yə yaxın meyit təhvil verilib. Bu, indiyə qədər ən böyük mübadilələrdən biridir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Azov Patronaj Xidmətinin teleqram səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, meyitlərin olması ehtimal edilən yerlərin aşkarlanması üzrə işlər davam edir.
Xatırladaq ki, sonuncu dəfə Ukrayna ilə Rusiya arasında hərbçilərin meyitlərinin qaytarılması prosesi dekabrın 27-də həyata keçirilib, Ukraynaya 42 meyit təhvil verilib.
Ümumilikdə, may ayından bəri Ukraynanın müstəqilliyi uğrunda canlarından keçən 1000-ə yaxın döyüşçünün meyitini geri qaytarmaq mümkün olub.