Fevralın 4-də Ukrayna daha 116 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Teleqram” səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, onların arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində fəaliyyət göstərmiş snayperlər və digər döyüşçülər var.
Bundan başqa, Ukrayna həlak olmuş əcnəbi könüllülər Kristofer Metyu Perri və Endryu Tobias Metyu-nun cəsədlərini də geri alıb.