ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hazırda tullantıların sudan çıxarılması üzrə əməliyyat aparılır.
Hələlik başqa təfərrüatlar açıqlanmayıb.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmirdi. Pentaqon onun sonrakı hərəkətini izlədiyini və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirmişdi.
Bir az əvvəl isə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin hava şarının vurulması ilə bağlı geniş yazılı məlumatı yayılıb. Nazir bildirib ki, Çinin “kəşfiyyat şarı” ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə Cənubi Karolina sahillərində vurulub.