Yaponiya çiplərlə əlaqədar Çinə qarşı sanksiyalara qoşulur

Yaponiya yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılması sahəsində ABŞ-ın Pekinə tətbiq etdiyi məhdudiyyətlərə qoşulmaq niyyətindədir.


Bu barədə bu gün “Kyodo” agentliyi məlumat yayıb.


Sənəddə Pekinin mümkün cavab addımlarından yayınmaq üçün birbaşa Çinin adı çəkilmir. Layihənin yaxın günlərdə təqdim ediləcəyi və yapon şirkətləri ilə məsləhətləşmələrin aparılacağı bildirilib.


Yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılmasının yazda qüvvəyə minəcəyi gözlənilir.


Qeyd edək ki, Vaşinqton 2022-ci ilin oktyabrında Çinin çip istehsalına mane olmaq üçün yarımkeçiricilərin ixracını məhdudlaşdırıb. Lakin ABŞ yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar sahəsində dünyada şirkətləri aparıcı mövqe tutan Yaponiya və Niderlandın Çinə ixracının davam edəcəyi təqdirdə məhdudiyyətlərin effektiv olmayacağından ehtiyat edir. Buna görə də ABŞ Yaponiya və Niderlandın bu ixrac məhdudiyyətlərinə qoşulmasını istəyib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.