Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Kış" antiterror əməliyyatının 6-cı mərhələsi çərçivəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, silahlıların 140 sığınacağı, çoxlu sayda silah-sursatı məhv edilib.
Terrorçuların cəmləşə biləcəyi ərazilərdə axtarışlara Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət 72 qrup cəlb olunub. Məhv edilən silahlılardan 5-i Türkiyə DİN xətti ilə axtarışda olan xüsusi təhlükəli terrorçular siyahısında olub.
Davam edən antiterror əməliyyatına hücum PUA-ları, hərbi helikopterlər və təyyarələr də cəlb olunub.