Finlandiya və Norveç liderləri Putinlə Rusiya-Ukrayna münaqişəsini müzakirə etdilər - VİDEO

Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər.

 

Senzor.az Finlandiya Prezidentinin rəsmi saytına istinadən bildirir ki, telefon danışığı müharibənin dayandırılmasına kömək etməli olan gələcək danışıqlarla bağlı mesajları birbaşa V.Putinə çatdırmaq məqsədi daşıyıb.

 

A.Stubb və Y.Störe Finlandiya və Norveçin Ukraynaya dəstək verməyə davam edəcəklərini vurğulayaraq, müharibəni başa çatdırmağın və danışıqları bərpa etməyin zəruriliyini bildiriblər.

 

"Danışıq səmimi və məzmunlu oldu. Biz Rusiyanın qonşularıyıq. Bu müharibənin nəticəsi bizim və bütövlükdə Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır", - A.Stubb bildirib.

 

Öz növbəsində, Y.Störe qeyd edib ki, müharibə maddi və insan itkiləri ilə müşayiət olunur.

 

Bununla yanaşı, məlumatda qeyd olunub ki, A.Stubb və Y.Störe danışıq zamanı yalnız öz ölkələrinin liderləri kimi çıxış ediblər və bütövlükdə Avropanı təmsil etməyiblər.

 [media=https://www.youtube.com/watch?v=P_HJidyUNzo]







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.