
"TRT Haber"in məlumatına görə, iclasda daxili və xarici gündəmin əsas məsələləri müzakirə ediləcək.
Toplantıda iqtisadiyyatın vəziyyəti, məzənnə dəyişikliyi, qəbul edilən qərarların bazara təsiri qiymətləndiriləcək. Həmçinin, İstanbulda keçirilən Türkiyə-Afrika Tərəfdaşlıq Sammiti nəzərdən keçiriləcək.
Nazirlər Kabinetinin iclasında terrorla mübarizə, koronavirusla mübarizədə son vəziyyət dəyərləndiriləcək.
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edəcək.