Paşinyan Qarabağ ermənilərini qəzəbləndirdi – ARAİK ARUTYUNYANDAN SƏRT REAKSİYA
“Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərtlərə və kompromislərə dözmür və Qarabağ sakinləri adından danışmaq hüququna yalnız onun hakimiyyət orqanları malikdir”.
 
Ovqat.com xəbər verir ki, “dqr”in “lideri” Araik Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün əvvəl səsləndirdiyi fikirləri şərh edərkən belə yazıb.
 
Öz Facebook səhifəsində paylaşdığı statusu ilə N.Paşinyana cavab verən Arutyunyan bildirib ki, “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bu bölgədə məskunlaşmış ermənilərin əsas vektorudur və heç bir hökumətin ondan kənara çıxmasına yol verə bilməz: “Bu o deməkdir ki, Artsax xalqı və hakimiyyəti heç vaxt Azərbaycan daxilində hər hansı statusu tanımayacaq”.
 
O vurğulayıb ki, həm status, həm də demoqrafik baxımdan keçmişə qayıtmaq mümkün deyil. “Azərbaycan öz cəmiyyətini ermənifobiya ilə qidalandırmağa və onu sülhə deyil, ermənilərin “Artsax”dan köçməsinə hazırlamağa davam edərkən hansı birgə yaşayışdan danışmaq olar? Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu istiqamətdə səylər göstərməyə hazırıq, lakin xalqımızın həyati maraqları və hüquqları sövdələşmə predmetinə çevrilə bilməz”, - deyə Qarabağdakı separatçıların başçısı bildirib.
 
Araik Arutyunyanın sözlərinə görə, Qarabağın ərazi bütövlüyü 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa olunmalıdır: “Ona görə də ərazilərimiz işğaldan azad edilməli və sakinlər öz evlərinə qayıtmalıdırlar”.
 
Təhlükəsizlik məsələlərinə gəlincə, o vurğulayıb ki, “Qarabağ hakimiyyəti Müdafiə Ordusunun gücləndirilməsinə çalışacaq və Rusiya sülhməramlı kontingenti Qarabağda qeyri-müəyyən müddətə - problem nəhayət və ədalətli həll olunana və əlavə beynəlxalq təhlükəsizlik təminatları verilənə qədər qalmalıdır”.
 
““Artsax” min illərdir ki, ermənilərin olub və elə də qalacaq. “Artsax” xalqının mübarizəni davam etdirmək üçün kifayət qədər iradəsi və səbri var. Kiminsə iradəsindən və fikrindən asılı olmayaraq, əminəm ki, onlar “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirəcəklər”, - deyə son hadisələrdən belə nəticə çıxarmayan A.Arutyunyan həyasızcasına vurğulayıb.
 
Xatırladaq ki, Paşinyan srağagün Facebook səhifəsində onlayn müsahibə zamanı, xüsusən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin danışıqların heç bir mərhələsində sırf Ermənistan ərazi birliyi hesab edilmədiyini bildirmişdi. Baş nazirin sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağda azərbaycanlı əhalinin də yaşadığı qeydə alınıb və onların maraqlarının müdafiəsi danışıqların gündəliyində olub. Ermənistan baş naziri həmçinin vurğulayıb ki, Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər. Azərbaycan Konstitusiyası da bu cür məsələlərin bütün ölkə boyu xalqın iştirakı ilə keçiriləcək referendumla həllini nəzərdə tutur. Azərbaycan xalqının referendumda nəyə və necə səs verəcəyi isə məlum məsələdir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.