Əkrəm İmamoğluna qarşı yeni ittiham:
CHP-nin BİNASI ƏLİNDƏN ALINA BİLƏR

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şəhər təşkilatının binasının cinayət yolu ilə əldə edilmiş gəlirlərlə maliyyələşdirildiyi iddia edilərək binaya həbs (müsadirə) qoyulması tələb edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ittiham aktında İstanbul şəhər bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu “cinayət təşkilatının lideri” kimi təsvir olunub, həmçinin sözügedən binanın CHP sədri Özgür Özəl tərəfindən də iş otağı kimi istifadə edildiyi bildirilib.

 

İttiham aktında Sarıyerdə yerləşən binanın torpaq qeydiyyatına ətraflı yer verilib. Prokurorluq zəncirvari əməliyyatların təşkilatlanmış şəkildə reallaşdırıldığını və daşınmaz əmlakın cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq məqsədilə partiyanın adına keçirildiyini iddia edib.

 

Daşınmazın əldə olunması ilə bağlı prosesdə “təşkilat lideri” kimi tanınan İmamoğlunun məlumatı əsasında və onun rəhbərliyi ilə aparıldığı vurğulanıb.

 

İttiham aktında “İmamoğlunun kassası” kimi təqdim edilən Fatih Keleşin mənbəyi məlum olmayan pulları çamadanlarla binaya gətirdiyi qeyd edilib. Bundan əlavə, Mustafa Can Poyraz və Tuncay Yılmazın da yuyulma əməliyyatında faktiki iştirak etdiyi deyilib.

 

Prokurorluq təşkilatın binasının Türkiyə Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən müsadirə edilərək xazinəyə verilməsini tələb edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.