
ABŞ Prezidenti Donald Tramp korrupsiya işində təqsirləndirilən Baş nazir Benyamin Netanyahunun bağışlanması barədə rəsmi xahişlə İsrail Prezidenti İsxak Hersoqa məktub göndərib.
Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
"Sizi müharibə zamanı qətiyyətli Baş nazir olan, indi isə İsraili sülhə doğru aparan Benyamin Netanyahunu tam bağışlamağa çağırıram", - D.Tramp yazıb.
ABŞ lideri İsrail məhkəmə sisteminin müstəqilliyinə hörmət etdiyini vurğulayıb, lakin Netanyahu barəsində korrupsiya ittihamlarını "siyasi, əsassız təqib" adlandırıb.
Xatırladaq ki, D.Tramp İsrail Prezidentinə analoji xahişlə bundan əvvəl də müraciət edib.