
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində Azərbaycan İslandiya ilə qarşılaşıb.
Senzor.az bildirir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Albert Qudmundsson və Sverrir İnqason vurublar.
***
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.
**10:18

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində beşinci oyununa çıxacaq.
Senzor.az bildirir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.
8-ci kilometr qəsəbə stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. Qarşılaşmanı Monteneqro və Serbiyada olan hakimlər briqadası idarə edəcək.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.