
Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye istiqamətində cəbhə xəttində olub.
Senzor.az bildirir ki, Ukrayna Prezidenti hərbçilərlə görüşüb, döyüşdə fərqlənənləri dövlət mükafatları ilə təltif edib.
O, Müdafiə Qüvvələrinin üzləşdiyi çətinliklər barədə tam məlumat aldığını bildirib.
V.Zelenski əlavə edib ki, sabah Zaporojyeni ruslardan qorumaq üçün xüsusi iclas keçirəcək.