
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyana qəzəblənərək notbukun qapağını hirslə bağlayıb.
Bu barədə "24news" məlumat yayıb və müvafiq video yerləşdirib.
Paşinyanı dövlət büdcəsinin müzakirəsi zamanı kvorumun olmaması özündən çıxarıb. O, Simonyandan müzakirədə hakim fraksiyadan lazımi sayda deputatın təmin edilməməsinə görə narazı qalıb.
"Bu nə deməkdir?" - Paşinyan qəzəblənib.
Nəticədə, zalda tələb olunan sayda deputat toplanana qədər iclası 20 dəqiqə təxirə salmaq lazım gəlib.