Erməni diasporu Qəzzaya görə Azərbaycana qarşı kampaniyaya başladı:
ANCA HƏTTA ƏTRAFINA 18 QHT TOPLAYARAQ “KOALİSİYA” DA YARADIB

ABŞ-dakı erməni diasporu Azərbaycana qarşı yeni təbliğat kampaniyasına start verib.

 

Buna səbəb ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı planı çərçivəsində Azərbaycan sülhməramlılarının bölgəyə göndərilməsi ehtimalıdır.

 

Məlumata görə, Amerika Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın mümkün iştirakına qarşı çıxmaq üçün 18 qeyri-hökumət təşkilatını ətrafına toplayaraq "koalisiya" yaradıb.

 

"Koalisiya"nın Azərbaycana qarşı saxta ittihamlarla dolu bəyanatı ABŞ-ın "Politico" nəşrində dərc olunub.

 

ANCA və tərəfdaşları iddia edirlər ki, Azərbaycan ilə İsrail arasında sıx hərbi-texniki əməkdaşlıq guya “qaçılmaz maraq toqquşması” yaradır və Bakının Qəzzada neytral sülhməramlı rolunda çıxış etməsinə imkan vermir.  

Eyni zamanda erməni dairələri “ermənilərlə fələstinlilər arasında tarixi yaxınlıq” arqumentindən, habelə Azərbaycan-İsrail əlaqələrinə qarşı illərdir apardıqları kampaniyadan istifadə edərək Bakının hər hansı beynəlxalq missiyada iştirakını qaralamağa çalışırlar.

 

Modern.az bildirir ki, bu fonda beynəlxalq mediada, o cümlədən İsrail mətbuatında Azərbaycanın, eləcə də İndoneziya və Pakistanın Qəzzaya göndərilməsi nəzərdə tutulan beynəlxalq sabitləşdirmə qüvvələrinin mümkün iştirakçıları kimi müzakirə olunduğu barədə məlumatlar yayılıb. 

 

Lakin son günlərdə Bakının rəsmi mənbələri bildiriblər ki, Azərbaycanın belə bir missiyada iştirakı yalnız Qəzzada tam atəşkəs rejimi təmin olunduqdan sonra nəzərdən keçirilə bilər. HƏMAS-ın silahı tam şəkildə təhvil verməməsi və İsrailin hələ də zərbələr endirməsi fonunda Tramp planının ikinci mərhələsinə keçidin real olmadığı vurğulanır.

 

Hər bir halda erməni diasporunun iddiaları bir neçə səbəbdən əsassız görünür. Azərbaycan sülhməramlıları olduqları ölkədə daim sabitliyi təmin edib, fəaliyyətlərini peşəkar əsaslarla qurub. Məğlubiyyət sindromundan xilas ola bilməyən erməni diasporunun bu saxta fəaliyyəti növbəti təbliğat kampaniyasının tərkib hissəsidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.