Almaniyanın Gürcüstandakı səfiri
YENİDƏN MÜXALİFƏTİN MİTİNQİNƏ QATILIB

“Bir neçə gün əvvəl geri çağırıldıqdan sonra Tbilisiyə qayıdan Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer yenidən paytaxtda hökumət əleyhinə mitinqdə iştirak edərək ölkənin daxili işlərinə qarışmama prinsiplərini pozub”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

 

“Almaniya Xarici İşlər Nazirliyi səfir Fişeri Gürcüstana qaytaranda Gürcüstan Xarici İşlər Nazirliyi ilə əvvəlcədən məsləhətləşmələr aparılıb və söz verilib ki, səfir əvvəlki belə hərəkətlərindən çəkinəcək. Bir neçə gün keçdi və səfiri yenidən radikallarla birlikdə görürük”, - spiker qeyd edib.

 

Fişer oktyabrın 19-da Gürcüstanın mövqeyinə görə məsləhətləşmələr üçün geri çağırılmışdı. Almaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunurdu ki, Gürcüstan rəhbərliyi ABŞ, Almaniya və Fişer əleyhinə təbliğat aparır, buna görə də səfirin geri çağırılması qərara alınıb.

 

Noyabrın 6-da isə Almaniyanın Xarici İşlər Nazirliyi səfirin Tbilisiyə geri qayıtdığını açıqlamışdı.

 

Diplomat bir neçə dəfə Gürcüstan hakimiyyətini açıq şəkildə tənqid edib və Tbilisidəki aksiya iştirakçılarına dəstək göstərib. Sentyabrın 24-də Gürcüstan Xarici İşlər Nazirliyi Fişeri çağıraraq onun radikalizmi təşviq etməsi barədə narahatlıq ifadə etmişdi. Buna cavab olaraq oktyabrın 2-də Almaniya Xarici İşlər Nazirliyi Tbilisiyə üz etirazını bildirmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.