Yeni müharibənin hədəfi açıqlandı:
XAMENEİNİ DEVİRMƏK

İran və İsrail 12 günlük müharibədən daha böyük bir toqquşmaya doğru gedir.

 

Bu barədə “J-Feed” İsrail rəsmisinə istinadla məlumat yayıb.

 

Həmçinin rəsmi deyib ki, İsrail Donald Trampın ABŞ-da prezidentlik müddəti başa çatmamış İranın hazırkı rejimini devirməyi planlaşdırır.

 

“İsrail 12 günlük toqquşmadan daha genişmiqyaslı müharibəyə hazırlaşır. İsrail artıq məqsədini müəyyənləşdirib: ya Tramp dövründə İran hakimiyyətini reaksiyaya məcbur etmək, ya da onu devirməyə sürükləmək istəyir”, - mənbə vurğulayıb.

 

Məqalədə qeyd edilib ki, İsrail İranın raket istehsalı prosesini yaxından izləyir: “İstehsal prosesində eyni vaxtda 2000-dən çox raketin buraxılması mümkündür, bu, İsrailin hava müdafiə sistemlərini çətin sınağa çəkə bilər. İsrail buna cavab olaraq, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat imkanları və hücum potensialını gücləndirir. Hədəflər sırasında İranın nüvə obyektləri, raket sistemləri, PUA müəssisələri və Bəsrə körfəzindəki dəniz bazaları var”.

 

Nəşr yazıb ki, İranın Ali dini rəhbəri Əli Xamenei İsraili getdikcə kəskinləşən tonda hədələyir və bunun səbəbi kimi 12 günlük müharibə zamanı zədələnmiş etibarını bərpa etmək istəyini göstərir.(“Teleqraf”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.