
Parisin Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Makron Zelenskini sarayın önündə qarşılayıb. Ölkə liderləri bir-birinin əlini sıxaraq qucaqlaşıblar, ardınca danışıqlar üçün içəri yollanıblar.
Mətbuata qapalı keçirilən görüşdə liderlərin Ukrayna ətrafında mövcud vəziyyəti və dayanıqlı sülhün əldə edilməsi şərtlərini müzakirə edəcəkləri gözlənilir.
Danışıqlar Cenevrə müzakirələri, ABŞ-ın sülh planı və Avropa müttəfiqləri ilə koordinasiya kontekstində aparılacaq. Gündəliyə eyni zamanda “İstəklilər koalisiyası” çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin daxil olduğu ehtimal edilir.