
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.
Qeyd olunub ki, tərəflər söhbət zamanı HƏMAS-ın tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini vurğulayıblar.
Tramp və Netanyahu həmçinin region ölkələri ilə sülh sazişlərinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər(Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib. Üçtərəfli saziş "İbrahim anlaşmaları" adını alıb. Sonradan Mərakeş və Sudan da İsraillə münasibətlərin normallaşdırıldığını elan ediblər. Bu sazişlərdən əvvəl İsrailin ərəb dövlətlərindən yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri mövcud idi).
Dialoq əsnasında ABŞ Prezidenti İsrail liderini yaxın vaxtlarda Ağ Evə dəvət edib.