
Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini yalnız Qərb tərəfdaşları ilə deyil, Azərbaycan və Ermənistanla da münasibətləri pisləşdirməkdə ittiham edib.
Bu barədə o, Facebook hesabında paylaşım edib. 
Sabiq prezident Gürcüstanın Azərbaycan üçün problemlər yaratmağa başladığını bildirib: “Tbilisi artıq Azərbaycan üçün yüklərin daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mətbuatı haqlı olaraq bunda Rusiyanın təsirini görür. Ruslar Kiyevdəki Azərbaycan Səfirliyini bombalayır, burada isə marionetkaları vasitəsilə əlaqələrdə problem yaradırlar. Görünür ki, azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı hiddətini əks etdirir”.