
"Rusiya Qara dənizdəki tankerlərə edilən son hücumlara cavab olaraq Ukraynanın dənizlə əlaqəsini kəsə bilər".
"Kommersant" bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə danışıqlardan əvvəl jurnalistlərə açıqlamasında deyib.
O həmçinin Moskvanın zərbələr üçün hədəflərin nomenklaturasını genişləndirəcəyini və Ukraynanın Qara dənizdə tankerlərinə hücum etməsinə kömək edən ölkələrin gəmilərinə qarşı tədbirləri nəzərdən keçirəcəyini vurğulayıb.
Xatırladaq ki, noyabrın 28-də "Kairos" və "Virat", dekabrın 2-də isə "Midvolga" tankeri hücuma məruz qalıb.